Belarus basketbol yığması Britaniyaya buraxılmadı

 19:07 26.02.2022     557

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel "Twitter" hesabında yazıb.

O deyib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi.

"Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək" - Priti Patel qeyd edib.

O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.

Vumart və Güvən reklamı Vumart Güvən