Ruslar Xarkovda avtobusu atəşə tutdu - Ölən və yaralılar var

 19:17 26.02.2022     632

Ukraynanın Xarkov vilayətində yerləşən İzyum-Xarkov avtomobil yolunda mülki şəxslərin olduğu sərnişin avtobusu atəşə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə İzyum şəhər merinin müavini Vladimir Matsokin məlumat yayıb.

Avtobusun atəşə tutulması nəticəsində 14 nəfər yaralanıb, 1 nəfər isə həlak olub.

Vumart və Güvən reklamı Vumart Güvən