Rusiyanın tank batalyonu komandiri əsir götürüldü - FOTO

 19:40 26.02.2022     605

Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin Oleysk şəhərindəki 35-ci motoatıcı briqadasının tank batalyonunun komandiri mayor Leonid Petroviç Şçetkin əsir götürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

"Kazan Hərbi Tank Məktəbinin məzunu. Ailəlidir, iki övladı var. Onun tankı Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub, möcüzə nəticəsində sağ qalıb", - məlumatda deyilir.

 



Vumart və Güvən reklamı Vumart Güvən