Putin orduya Ukraynaya bütün istiqamətlərdən hücum ƏMRİ VERDİ
Kiyev tərəfi danışıqlardan imtina etdikdən sonra Rusiya prezidenti Putin bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri verib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov deyib.












