"Ukraynaya müdafiə silahları verin" - Baş nazirdən dünyaya ÇAĞIRIŞ
“Artıq iki gündən çoxdur ki, qoşunlarımız işğalçılara müqavimət göstərir”.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Tvitter hesabında yazıb.
“Mən bir daha bütün sivil ölkələrə müraciət etmək istəyirəm. Öz tərəfini seçmək vaxtıdır! Ukraynaya müdafiə silahları verin! Bizə avadanlıqla kömək edin! Mümkün olan bütün sahələrdə Rusiyanı təcrid edin! Biz özümüzü müdafiə etməyə davam edəcəyik”, - baş nazir yazıb.












