Ruslar Ukraynada daha 3 azərbaycanlını öldürdü - ADLAR - YENİLƏNİB

 13:01 27.02.2022     2197

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Hər üç şəxs yaxın qohumdurlar.

Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

***

10:57

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Redaktor.az xəbər verir ki, Odessada yaşayan soydaşlarımızın "apa"ya verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən