Zelenski Rusiya ilə danışıqlar üçün Bakını TƏKLİF ETDİ
“Budapeşt, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.
Redaktor.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.
Zelenski belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Dövlət başçısı Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.
Ukrayna lideri bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.
"Kiyevə hücum etdilər. Gecə saat dörddə. Siz yatırdınız, beloruslu qardaşlarım. Biz isə oyandıq. Siz hələ də yatırsınız. Biz gözümüzü də yummuruq. Çünki vuruşuruq. Vətənimiz uğrunda. Azadlıq uğrunda...
Sizin ərazinizdən bizim uşaqlarımızı öldürürlər. Uşaqlarınızın gözünə necə baxırsız? Qonşularınızın gözünə necə baxırsız? Biz sizin qonşularınızıq. Biz... Ukraynalılar...", - deyə Zelenski bildirib.












