"Ukraynaya təcavüz Putin üçün sonun başlanğıcı ola bilər" - Britaniyalı nazir

 14:17 27.02.2022     854

“Ukrayna konflikti illərlə davam edə bilər”

Redaktor.az xəbər verir ki, Britaniyanın xarici işlər naziri Liz Trass bu barədə “Sky News” kanalına müsahibəsində deyib.

O bildirib ki, Ukrayna konflikti bir neçə il davam edə bilər və Böyük Britaniya çox uzun yola hazır olmalıdır.

“Çünki bilirik ki, Rusiyanın güclü qüvvələri var, lakin ukraynalılar cəsarətlidirlər, onlar öz suverenliklərini müdafiə etməkdə qərarlıdırlar”,- deyə nazir qeyd edib.

Nazir Rusiyanın Ukraynaya təcavüzünün Vladimir Putin üçün sonun başlanğıcı ola biləcəyini də əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən