Ukrayna Qomeldə danışıqlara razılıq verib - YENİLƏNİB
Belarusdakı Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlara hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər”, -deyə Peskov vurğulayıb.
Bundan əlavə, Peskov bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə rəsmi Kiyevin Qomel vilayətində Moskva ilə danışıqlara hazır olması barədə bəyanatla müraciət edib.
O xatırladıb ki, Lukaşenko bazar günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb:
“Bundan sonra prezident Lukaşenko Rusiya tərəfinə - prezident Putinə Ukrayna tərəfdən siqnallar daxil olduğu üçün Rusiya nümayəndə heyətini geri çağırmamaq xahişi ilə müraciət edib. Ukrayna tərəfi Qomel vilayətində danışıqlara gəlməyə hazır olduqlarını bildirib".
***
Ukrayna Belarusun Qomel vilayətində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.
Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib.
O, Rusiya nümayəndə heyətinin Qomelə getdiyini söyləyib.












