"Türkiyə boğazları bağlayacaq" - Çavuşoğlu
Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, Ukraynadakı vəziyyət "müharibə"yə çevrilib və biz Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyik.
Qeyd edək ki, Montö anlaşması savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.












