NATO baş katibi Putinə cavab verdi

 19:56 27.02.2022     597

NATO baş katibi Yens Stoltonberq Rusiya Prezidenti Vladimir Putinin ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmrinə münasibət bildirib.

Redaktor.az-ın TASS-a istinadən verdiyi məlumata görə, NATO baş katibi deyib ki, Rusiya Prezidentinin bəyanatı vəziyyətin ciddiliyini göstərir.

Y. Stoltenberq bildirib ki, Qomeldə aparılacaq danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskiyə tam etimad edir. Onun sözlərinə görə, NATO Ukraynaya hava hücumu və tank əleyhinə silahların tədarükünü artırır.

Vumart və Güvən reklamı Vumart Güvən