Çin də Tayvanı müharibə ilə hədələdi
Çin XİN sözçüsü bəyan edib ki, Tayvanın doğma vətəninə qayıtmaq vaxtı çatıb. O, ABŞ-a xəbərdarlıq edib ki, odla oynamasın.
Redaktor.az-ın xəbərinə görə, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan dolayı Qərb ehtiyat edir ki, Çin Xalq Respublikası da Tayvan məsələsini hərbi yolla həll etməyə çalışsın.
Tayvanın paytaxtı Taybeydə hava hücumundan müdafiə qüvvələri bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Səbəb Çin Hərbi-Hava Qüvvələrinin qırıcılarının Tayvanın hava sərhədlərini dəfələrlə pozmasıdır.
Ekspertlər hesab edirlər ki, rəsmi Pekin Rusiya ilə bağlı indiki situasiyanı diqqətlə izləyir, Tayvandakı mümkün əməliyyatın potensial risklərini hesablayır.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı gündən 25 saat əvvəl Çinin 8 J-16 qırıcısı və "Yun-8" texniki kəşfiyyat təyyarəsi Tayvan səmasına daxil olub.












