“Bayraktar”ın Ukraynada məhv etdiyi Rusiya texnikasının sayı AÇIQLANDI

 15:01 28.02.2022     414

“Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın “Bayraktar” TB-2 PUA-sının vasitəsilə Rusiya ordusuna aid azı 21 texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.

Redaktor.az xəbər verir ki, bu barədə “Clash Report” resursu məlumat yayıb.

Məlumata görə, indiyədək azı 2 ədəd “Buk-M1-2” raket sistemi, 1 ədəd “Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik “Msta-B” haubitsası, 14 yük avtomobili “Bayraktar” tərəfindən məhv edilib.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya və Liviya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv kadrlarını yaymaqla məşhurlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən