Xarkov “Qrad” atəşinə tutuldu - onlarla ölən var
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Andrey Geraşenko bildirib.
Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.
“Bu kabusu bütün dünya görməlidir”, - o, feysbukda yazıb.












