"Rusiyanın nüvə qüvvələri hazır vəziyyətə gətirilib" - Sergey Şoyqu

 15:54 28.02.2022     563

Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

“Strateji qüvvələrin komandanlıq məntəqələrində növbələr keçirilir. Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları və Uzaqmənzilli Raketli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb”, - deyə o, jurnalistlərə bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən