ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırdı

 18:37 28.02.2022     625

ABŞ-ın Minskdəki səfirliyi fəaliyyətini dayandırıb, həmçinin Rusiyanın paytaxtı Moskvadakı səfirliyin operativ işlərlə məşğul olmayan əməkdaşlarının könüllü getməsinə icazə verilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat kontekstində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən