Belarusdan Kiyevə 20-dək helikopter uçdu

 23:00 28.02.2022     483

Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Ukraynanın paytaxtı Kiyev şəhərinə doğru uçurlar.

Redaktor.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Belaruslar bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub”, - məlumatda deyilir.

Helikopterlərdə nə qədər əsgərin olduğu barədə məlumat verilmir.

Vumart və Güvən reklamı Vumart Güvən