Kiyevə Rusiyanın 64 km uzunluğunda hərbi kalonu yaxınlaşır  - FOTO

 10:18 01.03.2022     680

Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kalonun peyk görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, “Maxar Technologies”ın məlumatına görə, hərbi kalonun uzunluğu 64 km-dir. 

Böyük hərbi kalon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir. 

Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib.

Məlumata görə, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.

2222222
Vumart və Güvən reklamı Vumart Güvən