Dünyanın ən yaxşı pilotu Ukraynada döyüşlərdə həlak oldu
Ukraynanın və dünyanın ən yaxşı hərbi pilotlarından biri hesab olunan polkovnik Oleksandr Oksançenko hava döyüşlərində həlak olub.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, pilot Rusiya təyyarələrini yayındırarkən vurulub.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölümündən sonra Ukraynanın Qəhrəmanı tituluna layiq görülüb.












