Ukrayna rəsmisi Rusiyanın məqsədini açıqladı

 12:39 01.03.2022     437

“Rusiya şəhər mərkəzlərini fəal şəkildə atəşə tutur, yaşayış məntəqələri və dövlət orqanlarının binaları artilleriya zərbələrinə məruz qalır”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.

“Rusiyanın məqsədi bəllidir - kütləvi panika yaratmaq, mülki əhali arasında itkilərə səbəb olmaq, infrastukturu dağıtmaq. Ukrayna ləyaqətlə mübarizə aparır”, - deyə o, bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən