"Rusiya müharibədə iştirakla bağlı qarşımıza tələb qoymayıb" - Lukaşenko

 12:50 01.03.2022     446

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsində iştirak etmək istəmədiyini söyləyib.

Redaktor.az RİA Novosti-yə istinadla xəbər verir ki, o, Belarus Ordusunun hərbi əməliyyatlarda gələcəkdə də iştirak etməyəcəyini əlavə edib.

“Bundan əlavə, Rusiya rəhbərliyi hərbi əməliyatlarda iştirak etməklə bağlı qarşımıza tələb qoymayıb. Biz gələcəkdə də Ukraynadakı xüsusi əməliyatda iştirak etməyi düşünmürük. Belə bir ehtiyac yoxdur", - deyə Lukaşenko bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən