Putinə verilmiş orden geri alındı

 15:28 01.03.2022     610

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putinə verilmiş ordeni geri alıb.

Redaktor.az xəbər verir, bu barədə FINA-nın rəsmi saytı məlumat yayıb.

Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlarda ölkələrini təmsil edə bilməyəcək. İdmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər.

Bildirilib ki, üzgüçülər FINA himni və bayrağı ilə yarışacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən