Zelenski Almaniya kanslerindən Ukrayna üzərində səmanın bağlanmasını istədi

 17:39 01.03.2022     435

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski tvitterdə bildirib.

"Telefon söhbətində mən sülh danışıqları zamanı Rusiyanın Ukrayna şəhərlərində yaşayış obyektlərini atəşə tutmasından danışdım. Ukrayna üzərində səmanı bağlamağın vacibliyini vurğuladım. Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı işləri sürətləndirmək lazımdır", - dövlət başçısı qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən