Britaniyada 200 mindən çox ukraynalıya sığınacaq verilə bilər
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın uğursuzluğa düçar olacağına əminliyini ifadə edib.
Redaktor.az xəbər verir ki, Boris Conson polşalı həmkarı Mateuş Moravetski ilə birgə mətbuat konfransında bildirib ki, Putin Ukrayna xalqının döyüşmək əzmini və Qərbin qətiyyətini nəzərə almayıb.
O qeyd edib ki, müharibə fonunda 200 mindən çox ukraynalıya Böyük Britaniyada sığınacaq verilə bilər.












