Zelenski Baydenlə danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri tvitterdə bildirib.
Zelenski ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.
"İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik", - Zelenski yazıb.
O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.












