"Sanksiyalarımız dağıdıcı təsir göstərir" - Co Bayden

 23:43 01.03.2022     301

“Ukraynanın özünü Rusiya təcavüzündən müdafiə edən təhlükəsizlik yardımı və humanitar yardım da daxil olmaqla, ona davamlı dəstəyimizi müzakirə etmək üçün indicə Prezident Zelenski ilə danışdım."

“Report” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden özünün tviter hesabında yazıb.

"Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik və sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”, - deyə, o bildirib

Daha əvvəl Volodimir Zelenski də ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini söyləyib.

O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.

Vumart və Güvən reklamı Vumart Güvən