Beynəlxalq Ədalət Məhkəməsi Rusiya-Ukrayna məsələsinə baxacaq

 23:57 01.03.2022     278

Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Məhkəmə açıq dinləmələri 7 və 8 mart tarixlərində baş tutacaq.

Dinləmələr Ukrayna tərəfindən təqdim edilən müraciətə həsr olunacaq. Müraciət Rusiya tərəfindən bu ölkəyə qarşı soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması ilə bağlıdır.

Hazırkı COVID-19 pandemiyasını nəzərə alaraq, dinləmələr hibrid formatda təşkil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən