Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır

 00:57 02.03.2022     756

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər.

Redaktor.az “Bloomberg”ə istinadən xəbər verir ki, onların arasında VTB, VEB kimi banklar da var.

"Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar", - agentlik qeyd edib.

Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.

Vumart və Güvən reklamı Vumart Güvən