Ukraynada Rusiya ordusunun polkovniki öldürüldü
Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməliyyat zamanı rusiyalı polkovnik Viktor İsaykin öldürülüb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın tərkibində olan Mordoviya Respublikasının rəhbəri Artem Zdunov açıqlayıb.
Onun sözlərinə görə, 40 yaşlı İsaykin Rusiya ordusunun tərkibində Ukraynaya yollanıb.












