Avropa İttifaqı Belarusa da sanksiya tətbiq etdi - SWIFT-dən çıxarılacaq

 13:51 02.03.2022     347

Avropa İttifaqı (Aİ) diplomatları Rusiyanın Ukraynaya təcavüzündəki roluna görə Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” yüksəkçinli diplomata istinadən məlumat verib.

Digər məmurun sözlərinə görə, sanksiyaların məqsədi Belarusun bütün növ mallarının Aİ-yə ixracını dayandırmaqdır. O əlavə edib ki, sanksiyalar həmçinin oliqarxlar və mərkəzi bankı vuracaq və Belarus banklarını SWIFT bank sistemindən kənarlaşdıracaq.

Vumart və Güvən reklamı Vumart Güvən