"Ukraynaya minlərlə könüllü döyüşməyə gəlir" - Ukrayna XİN

 19:13 02.03.2022     425

"Artıq mindən çox əcnəbi Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq üçün Ukraynaya gəlib."

Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dimitri Kuleba onlayn brifinq zamanı deyib.

“Artıq Ukraynaya dünyanın 16 ölkəsindən xalqımızla ilə çiyin-çiyinə döyüşməyə hazır olan könüllülər gəlir. Onların ümumi sayı artıq min nəfəri keçib”, -o vurğulayıb.

Nazir əlavə edib ki, müvafiq sənədlərin qəbulu davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən