"Süveyş kanalı Rusiya gəmilərinə açıqdır" - Misir rəsmisi

 19:32 02.03.2022     401

Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar çərçivəsində ABŞ administrasiyasından Süveyş kanalının Rusiya gəmilərinə bağlanmasına dair müraciət daxil olmayıb.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Misirin Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə söyləyib.

U.Rabiyə bildirib ki, hələ 134 il əvvəl - 1888-ci ildə imzalanmış İstanbul Konvensiyasına əsasən, Süveyş kanalı hətta müharibə dövründə belə gəmilərin naviqasiyası üçün açıq olmalıdır. Bu sənədi müxtəlif ölkələr, o cümlədən Rusiya, Böyük Britaniya, Osmanlı imperiyası və digərləri imzalayıblar.

Misir rəsmisi qeyd edib ki, Aralıq və Qırmızı dənizləri birləşdirən, həmçinin qlobal yükdaşımalarının 12 faizini həyata keçirən Süveyş kanalı bütün ölkələrin gəmiləri üçün açıqdır.

Vumart və Güvən reklamı Vumart Güvən