Rusiya daha bir məktəb və yaşayış binasını vurdu

 20:08 02.03.2022     350

Rusiya hərbçilərinin Mariupol şəhərini atəşə tutması nəticəsində Kalmiusskiy rayonunda məktəb və ikimərtəbəli binaya mərmi düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Polisi məlumat yayıb.

Polisin məlumatına görə, Mariupol şəhəri və Manquş qəsəbəsi atəşə tutulub.

“Bir nəfər ölüb, iki polis yaralanıb. Doqquz obyekt – doğum evi, yataqxana, ərzaq mağazası və s. dağıdılıb. Martın 1-də açılan atəşlər zamanı yaralanan uşaq bu gün xəstəxanada vəfat edib”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən