Entoni Blinken və Dimitri Kuleba arasında telefon danışığı olub

 20:12 02.03.2022     425

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Blinkenlə Rusiya Ukraynaya qarşı müharibəsini dayandırana və qüvvələrini çıxarana qədər bu ölkəyə qarşı əlavə sanksiyalarla bağlı telefon danışığımız oldu. Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün əlaqələndirilmiş səylər barədə də danışdıq. Mən Ukraynanın, xüsusən də Hərbi Hava Qüvvələrimizin əlavə silah tədarükünə ehtiyacını vurğuladım", - nazir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən