Qitə çempionatından Rusiya millisi kənarlaşdırıldı

 20:21 02.03.2022     561

Avropa Mini-Futbol Federasiyası 4-11 iyun tarixlərində Slovakiyanın Koşitse şəhərində keçiriləcək qitə çempionatından Rusiya millisini kənarlaşdırıb.

Redaktor.az xəbər verir ki, EMF-nin İcraiyyə Komitəsi AVRO-2022-nin ev sahibi Slovakiya Mini-Futbol Assosiasiyası ilə razılaşdıraraq Rusiya millisinin yarışda iştirak üçün dəvətini geri çevirib.

Həmçinin, qərarda bildirilib ki, Rusiya milli komandası və rəsmilərinin öz hökumətinin Ukraynaya hücumu ilə razılaşmamaları mümkün ola bilər. Lakin Slovakiyanın Koşitse şəhərinin Ukrayna ilə sərhədə 100 km məsafədə yerləşdiyi və Rusiya millisinin təhlükəsizliyi nəzərə alınaraq, belə bir qərar verilib.

Vumart və Güvən reklamı Vumart Güvən