Putin İsrailin Baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

 22:12 02.03.2022     448

İsrailin Baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Rusiya lideri Ukrayna ilə bağlı prinsipial mövqeyini qoruyub saxlayacağını qeyd edib.

Bundan əvvəl tərəflər arasında telefon danışığı fevralın 27-də baş tutub.

Vumart və Güvən reklamı Vumart Güvən