Kiyevdə güclü partlayış - Rusiya dəmir yol vağzalını vurdu
Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsi eşidilib.
Redaktor.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən partlayışın dəmiryolu stansiyası yaxınlığında baş verdiyi bildirilib.
Bildirilib ki, ruslar tərəfindən şəhərin Cənub Stansiyası adlanan hissəsinə raket atılıb.
Hazırda şəhərdə həyəcan siqnalı səsləri eşidilir.
TRT-nin Kiyevdəki müxbiri bildirib ki, bu, indiyədək şəhərdə eşidilən ən güclü partlayış səsidir.
Qeyd edək ki, Rusiya qüvvələrinin Ukraynadan təxliyələrin həyata keçirildiyi Kiyevin Cənub Dəmiryolu Stansiyasına hava hücumu təşkil etdiyi təsdiqlənib.












