Rusiya qırıcıları Avropanın bu ölkəsinə keçdi
Rusiyanın dörd qırıcı təyyarəsinin İsveçin hava məkanını pozduğu iddia edilir.
Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Silahlı Qüvvələrinin saytında məlumat bildirilib.
"Çərşənbə günü dörd Rusiya qırıcısı İsveçin hava məkanını pozub. Hərbi Hava Qüvvələri insidentə hazırlıq planına uyğun olaraq “Jas 39 Gripen” ilə əməliyyat keçirib və hadisəni fotoşəkil çəkərək sənədləşdirib", - məlumatda deyilir.












