Rumıniyada qırıcı təyyarə və hərbi helikopter qəzaya uğradı - VİDEO

 09:13 03.03.2022     369

Rumıniyanın Dobruja bölgəsində döyüş təyyarəsi və hərbi helikopter qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xəbər Rumıniya mətbuatında yayılıb.

MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğraması səbəbindən onun qalıqlarını axtarmağa gedən IAR-330 Puma hərbi helikopteri də eyni bölgədə yerə çırpılıb.

Vertolyotdakı ən azı 5 əsgərin həlak olduğu bildirilir.

Müdafiə Nazirliyi də qəzanı təsdiqləyib və dəqiq məlumata malik olmadığını, lakin yaxın saatlarda qəza ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən