Rusiya Xarkovu yenə vurdu, 8 dinc sakin öldü - VİDEO

 10:04 03.03.2022     542

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində çoxmərtəbəli binaya və bir yaşayış evinə aviazərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İzyum şəhərinin merinin müavini Vladimir Maçokin açıqlayıb.

Onun sözlərinə görə, hadisə martın 2-dən 3-nə keçən gecə baş verib.

Bildirilir ki, zərbə nəticəsində evdə olan 8 nəfər həlak olub. Onlardan 2-si uşaqdır. Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb.

Vumart və Güvən reklamı Vumart Güvən