Zelenskidən Putinə: "Öz ölkəndəki rusdilli insanları qoru"

 13:28 03.03.2022     1165

“Ukraynalıların qorxaraq, sınmış şəkildə təslim olacağını düşünənlər Ukrayna haqqında heç nə bilmirlər”.

Redaktor.az xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski martın 3-də etdiyi videomüraciətdə bildirib.

“Bizi dəfələrlə məhv etmək istəyiblər. Bacarmayıblar. Biz neçə belə çətinlikləri dəf etmişik. Ukraynalıların qorxaraq, sınmış şəkildə təslim olacaqlarını düşünənlər Ukrayna haqqında heç nə bilmirlər. Onların Ukraynada görə biləcəyi bir iş yoxdur. Evinə get. Dünyada deyil, öz ölkəndə, Rusiyada rusdilli insanları qoru”.

Vumart və Güvən reklamı Vumart Güvən