Rusiya Ukraynada ilk generalını İTİRDİ

 18:21 03.03.2022     1023

Rusiya Quru Qoşunlarının 41-ci Əlahiddə Ordusu komandanının müavini, general-mayor Andrey Suxovetski Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə onun həmkarı Sergey Çipilev “VKontakte” səhifəsində məlumat verib.

“Biz böyük ağrı ilə dostumuz general-mayor Andrey Aleksandroviç Suxovetskinin Ukrayna ərazisində xüsusi əməliyyat zamanı həlak olması ilə bağlı faciəli xəbəri qəbul etdik. Andrey Aleksandroviçin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - deyə o yazıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən