Ukraynadakı erməni silahlıları İFŞA EDİLDİ
Öz qeyri-peşəkarlığı ilə ad çıxaran Peqov “şöhrətinin” əsassız olmadığını bir daha sübut edib.
Redaktor.az xəbər verir ki, hərbi münaqişələr, o cümlədən də 44 günlük Vətən Müharibəsi zamanı öz yalan xəbərləri ilə məşhurlaşan, “War Gonzo” layihəsinin əsas siması olan rusiyalı Semyon Peqov indi də “fəaliyyətini” Ukraynada davam etdirir.
Belə ki, onun Mariupol şəhəri yaxınlığında hazırladığı və sosil şəbəkələrdə yayılan reportajında erməni silahlıları görünüb.
Peqovla söhbətləşən yaraqlıların geyimi üzərindəki Ermənistan bayrağı da diqqətdən yayınmayıb.












