"Hərbçilərimiz mülki əhali arasında itkilərin olmamasına çalışır" - Putin

 21:50 03.03.2022     575

Rusiyanın əsgər və zabitləri Ukraynada mülki əhali arasında itkilərin olmamasına çalışırlar.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bir daha deyirəm, əsgər və zabitlərimiz mülki əhalinin arasında itkilərin olmamasına çalışırlar. Təəssüflər olsun ki, onlar özləri də itkilər verirlər. Bizim borcumuz Rusiya xalqı üçün, vətənin təhlükəsizliyi, xalqımız uğrunda döyüşlərdə həlak olanların və yaralananların ailələrinə dəstək olmaqdır”, - Rusiya Prezidenti vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən