Türkiyədə hərbçiləri daşıyan maşın aşdı - 1 əsgər öldü, 3-ü yaralandı

 10:39 04.03.2022     444

Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.

Redaktor.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən