Ruslar Ukraynada daha bir azərbaycanlını ÖLDÜRDÜ
Ukraynanın Nikolayev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
Redaktor.az xəbər verir ki, bunu "report"a Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".
A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.












