Pakistanda məsciddə partlayış baş verdi, 45 nəfər öldü...

 15:48 04.03.2022     375

Pakistanda məsciddə partlayış törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.

Pişəvərdəki şiələrə məxsus Kucha Risaldar məscidinə bombalı hücum olub. Nəticədə 45 nəfər ölüb, 65 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım briqadaları çağırılıb.

Ölü sayının artması istisna edilmir, partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.

Vumart və Güvən reklamı Vumart Güvən