Putinlə Lukaşenko iki saat müzakirə apardı

 16:21 04.03.2022     419

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəklədiklərini bildirib.

Prezidentlər Rusiya və Ukraynanın rəsmi nümayəndələri arasında görüşün ikinci raunduna da toxunublar. Putinlə Lukaşenko təmasları davam etdirmək barədə razılığa gəliblər. Lukaşenko qeyd edib ki, Qərb Rusiya və Belarusu “boğmaq istəyir”, ona görə də Ukraynadakı münaqişə uzunmüddətli xarakter almalıdır.

“Sputnik Belarus" isə yazır ki, telefon söhbəti iki saat davam edib.

“Belarusa qarşı başlayan hibrid müharibə, xüsusən də iqtisadiyyat və maliyyə sahəsindəki sanksiya müharibəsi çoxdandır. Onlar dəmir-beton kimi bizə yapışıblar. Biz bu gün Prezident Putinlə iki saat bu barədə danışdıq”, - deyə Lukaşenko qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən