NATO Ukraynanın təklifinə cavab verdi
NATO Ukrayna səmasında qeyri-uçuş zonasının yaradılması barədə müzakirə apara bilər.
Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Maneul Albares deyib.
O bildirib ki, NATO Ukrayna üzərində hava məkanının bağlanması barədə mümkün müzakirə apara bilər.
Məsələnin NATO sammitində müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-dan Ukrayna səmasının Rusiya hərbi təyyarələrindən qorunması üçün bağlanmasını tələb etmişdi.












