Rusiyanın Ukraynaya hücumu nəticəsində 28 uşaq ölüb, 64-ü yaralanıb

 16:55 04.03.2022     328

Rusiyanın hücumu nəticəsində 28 ukraynalı uşaq ölüb, 64-ü yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Ukrayna Prezidentinin uşaqların hüquqları və reablitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçuk məsələ ilə bağlı deyib:

“Doğum evləri, uşaq bağçaları, məktəblər dağıdılıb. Yarım milyona yaxın uşaq atəş altında və mühasirə vəziyyətində olan ərazilərdədir. Onların arasında valideyn himayəsindən məhrum olanlar və sosial yardıma ehtiyacı olanlar da var”.

Vumart və Güvən reklamı Vumart Güvən